BAKI, 6 oktyabr. TELEQRAF
Gəncədə Ü.Hacıbəyli adına ailə sağlamlıq mərkəzində əsaslı təmir işləri görüləcək.
Teleqraf xəbər verir ki, müvafiq işlərə 1 milyon 169 min 118 manat xərclənməsi nəzərdə tutulur.
Qeyd edək ki, sözügedən işlərə " Gəncə Şəhər Birləşmiş Xəstəxanası" publik hüquqi şəxsi nəzarət edəcək.