BAKI, 30 sentyabr. TELEQRAF

Bu ilin yanvar-avqust aylarında aqrar məhsulların ixracı 28,2% artaraq 614,4 milyon ABŞ dolları təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda qeyd edilib.

Aqrar-sənaye məhsulları üzrə ixrac isə 4,7% artaraq 209,5 milyon ABŞ dollarına bərabər olub.

Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 21,3% artaraq 823,9 milyon ABŞ dolları təşkil edib.