BAKI, 27 sentyabr. TELEQRAF

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan xarici bazarlara 55,8 min ABŞ dolları dəyərində xalça və döşəmə örtükləri ixrac edilib.

Teleqraf Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 36,7% azalıb.

Hesabat dövründə Azərbaycana idxal olunan xalça və döşəmə örtüklərinin dəyəri isə 12 milyon 734,74 min ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə nisbətdə 1,9 faiz azalma deməkdir.