BAKI, 23 sentyabr. TELEQRAF
"Biz meyvə-tərəvəz ixracatçısıyıq. Yalnız bu il meyvə və tərəvəz ixracında artım 44% təşkil edib. Bağlara sərmayə qoyan fermerləri dəstəkləməyə çalışırıq və müxtəlif dəstək proqramlarını həyata keçiririk".
Teleqraf xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) bildirib.
“Azərbaycana idxal olunan kənd təsərrüfatı avadanlıqları, texnikası, suvarma sistemləri tamamilə gömrük rüsumlarından azaddır və əlavə dəyər vergisinə cəlb olunmur. Bu isə kənd təsərrüfatına investisiya qoyuluşunu olduqca cəlbedici edir. Fermerlər və investorlar ilkin olaraq 20% ödəniş edirlər. Texnika, avadanlıq və suvarma sistemlərinin 40%-i dövlət tərəfindən subsidiya olunur, qalan 40%-i isə faizsiz kreditlə təmin edilir", - nazir qeyd edib.