BAKI, 17 sentyabr. TELEQRAF
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında Birgə Biznes Şurası yaradılıb.
Teleqraf xəbər verir ki, bununla bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Birləşmiş Ərəb Əmirliklərinin Ticarət və Sənaye Palataları Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan-BƏƏ Birgə Biznes Şurasının yaradılmasında məqsəd hər iki ölkənin biznes dairələri arasında əməkdaşlığı təşviq etməklə ticarət, investisiya, sənaye kimi sahələrdə əlaqələri genişləndirməklə ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişafına töhfə verməkdir. Yeni əməkdaşlıq platforması çərçivəsində iş adamları üçün qarşılıqlı investisiya imkanlarının öyrənilməsi, birgə layihələrin icrası və ixracın genişləndirilməsi üzrə müxtəlif tədbirlər həyata keçiriləcək.
Biznes Şuraya hər iki ölkədən həmsədrlər rəhbərlik edəcək və burada iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən şirkətlər təmsil olunacaqdır.
***
17:18
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Birgə Biznes Şurası təsis edilib.
Teleqraf xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, KOBİA və BƏƏ Ticarət və Sənaye Palataları Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb.
"Yeni Şura Azərbaycan və BƏƏ işgüzar dairələri arasında əməkdaşlığın təşviqi yolu ilə ticarət əlaqələrinin inkişafına töhfə verəcək", - Orxan Məmmədov əlavə edib.