BAKI, 16 sentyabr. TELEQRAF

Gələn il dövlət büdcəsində səhiyyə xərclərinə 2 milyard 52.4 milyon manat ayrılması proqnozlaşdırılır.

Teleqraf bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Beləliklə, səhiyyə xərclərinin büdcədə xüsusi çəkisi 4,9 % olacaq.

Səhiyyə xərcləri 2025-ci illə müqayisədə 58,9 milyon manat, yaxud 2,9 % çox olacaq.