BAKI, 26 avqust. TELEQRAF
Sabah Zaqatala və Ağdaşın bəzi kəndlərində qaz olmayacaq.
"Azəriqaz" İstehsalat Birliyindən Teleqraf-a verilən məlumata görə, Zaqatala rayonu Aşağı Tala kəndi İ.Qayıbov küçəsində yivli birləşmələrin ləğv edilərək əymə borularla əvəz edilməsi məqsədi ilə sabah saat 09:30-dan işlər yekunlaşanadək Aşağı Tala kəndində 65 abonentin qaz təchizatı dayandırılacaq.
Eyni zamanda Ağdaş rayonu Qoşaqovaq kəndindən Ərəbocağı kəndinə gedən PE-160 mm-lik əhali qaz xəttinin kipliyə davamlığının yoxlanılması məqsədi ilə sabah saat 11:00-dan işlər yekunlaşanadək Ağdaş rayonu Qoşaqovaq və Ərəbocağı kəndlərində 447 abonentin qaz təchizatı dayandırılacaq.
Bildirilib ki, kəndlərdə işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.
Qurum vətəndaşlardan təbii qaz verilişinin dayandırıldığı müddət ərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edib.