BAKI, 19 avqust. TELEQRAF

Sabah bir neçə rayonda qaz təchizatı dayandırılacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Teleqraf-a verilən məlumata görə, Ağdaş rayonu ərazisində Xaldan QPS-dən qidalanan Hacılar, Yenikənd, Aşağı Qobuüstü, Qobuüstü, Aşağı Nemətabad və Yuxarı Nemətabad kəndlərinin təbii qazla təmin edən PE-160 mm-lik əhali qaz xəttinin kipliyə davamlığıının yoxlanılması məqsədi ilə sabah saat 09:00-dan işlər yekunlaşanadək Hacılar, Yenikənd, Aşağı Qobuüstü, Qobuüstü, Aşağı Nemətabad və Yuxarı Nemətabad kəndlərinin 658 abonentin qaz təchizatı dayandırılacaq.

Qax rayonu ərazisində sayğacların girişindəki yivli birləşmələrin əymə üsulu ilə aradan qaldırılması məqsədi ilə sabah saat 09:30-dan işlər yekunlaşanadək Gənclik y.m, R.Bebudov, C.Rəhimov, H.Tağıyeva, Ə.Əliyev, Q.Qarayev, S. Qocayev küçələrində 150 abonentin qaz təchizatı dayandırılacaq.

Əlavə olaraq Zaqatala rayonu A.Qardaşov küçəsində payız-qış mövsümünə hazırlıqla əlaqədar d-273 mm-lik orta təzyiqli qaz xəttinin beton dayaqlar üzərinə qaldırılması məqsədi ilə sabah saat 10:00-dan işlər yekunlaşanadək H.Əliyev prospektində, A.Qardaşov, V.Qurbanov, Tağıyev, Sülh, F.Əmirov, Ç.Mustafayev, S.Qocayev küçələrində və Car, Zilban, Axdərə, Kebolava kəndlərində və Çökək kəndinin bir hissəsində 2950 abonentin qaz təchizatı dayandırılacaq.

Şəki rayonu Böyük Dəhnə, Kiçik Dəhnə, Dərəcənnət və Suçma kəndlərini qazla təmin edən PE-225, PE-160, PE-110 mm-lik qaz xətlərinin kipliyə yoxlanması məqsədi ilə 20.08.2025-ci il tarixdə saat 09:00-dan işlər yekunlaşanadək Böyük Dəhnə,Kiçik Dəhnə,Dərəcənnət və Suçma kəndlərinin 3382 abonentin qaz təchizatı dayandırılacaq.

Eyni zamanda, Oğuz rayonu ərazisində Dəymədağlı kəndində d 159 mm-lik qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə sabah saat 10:00-dan işlər yekunlaşanadək Tərkeş və Dəymədağlı kəndlərinin 199 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.