BAKI, 15 avqust. TELEQRAF

Bu ilin yanvar-iyul ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 112,9 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Əmlak Məsələləri Dövlət Xidmətindən Teleqraf-a verilən məlumata görə, cari ilin yanvar-iyul ayları ərzində 26 hərrac keçirilib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 500 nəqliyyat vasitəsi özəlləşdirilib.

Cari ilin yanvar-iyul ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 86 milyon manat təşkil edib.

Hesabat dövründə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 406-sı qeyri-yaşayış, 2.068-i torpaq sahələri üzrə olmaqla 2.474 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 26,9 milyon manat vəsaitin ödənilməsi təmin olunub.