BAKI, 13 avqust.TELEQRAF

Naxçıvanda problemli kreditlərin məbləği 46,6 faiz azalıb.

Teleqraf xəbər verir ki, bu barədə Naxçıvan MR İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, Sahibkarlığın İnkişafı Fonduna qaytarılması gecikmiş kreditlərin məbləği ötən il avqustun 1-də 5,8 milyon manat təşkil edib. Bir il ərzində bu göstərici 2,7 milyon manat və ya 46,6 faiz azalaraq, bu ilin avqustun 1-nə 3,1 milyon manata enib.