BAKI, 7 avqust. TELEQRAF
Bu gün Zirə Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35 kV-luq hava xəttində təmir-bərpa işləri aparılacaq.
Azərişıq ASC-dən Teleqraf-a verilən məlumata görə, bu səbəbdən, saat 10:00-dan saat 12:00-dək Zirə kəndinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Qurumdan bildirilib ki, təmir işləri yekunlaşdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.