BAKI, 1 avqust . TELEQRAF

Aqrar Xidmətlər Agentliyi və tabeliyindəki qurumlar üzrə dövlət vəsaitlərinin və digər əmlakın istifadə olunmasının auditinin nəticələri müzakirə edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə Kollegiya iclası keçirilib.

Müzakirələrin yekununda auditor hesabatı təsdiqlənib və aşkarlanmış nöqsanların aradan qaldırılması məqsədilə Agentlik tərəfindən müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul olunub.

Həmçinin Kollegiya iclasında, nəzarət tədbirinin başlanılması ilə bağlı proqram da müzakirə olunaraq təsdiq edilib.