BAKI, 31 iyul. TELEQRAF

Bu gün Nərimanov rayonunun bəzi küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Teleqraf-a verilən məlumata görə, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi ilə Təbriz küçəsinin kəsişməsində yerüstü qaz xətlərinin əvəzlənməsi və yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Təbriz, T.Şıxəliyev, Ə.Dəmirçizadə, F.Əsədov, C.Zeynalov, M.Məmmədov və S.Y.Bakuvi küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.