BAKI, 30 iyul. TELEQRAF
“Naxçıvan İpoteka Fondu" ASC-yə ayrılan dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə və idarəedilməsinin hüquqi aktlara uyğunluğunun auditi aparılıb.
Teleqraf Hesablama Palatasına istinadən xəbər verir ki, audit 2023-2024 cü illəri əhatə edib.
Audit hesabatına əsasən, güzəştli ipoteka kreditlərinə şamil edilməyən və güzəştli kateqoriyaya daxil olmayan vətəndaşlar üçün nəzərdə tutulan adi ipoteka kreditlərinə illik bir milyon manat vəsait ayrılıb ki, bundan da cəmi 7 nəfər yararlana bilir. Mövcud vəziyyət əhalinin mənzilə olan yüksək tələbatı fonunda kifayət qədər məhdud imkan yaradır və yalnız çox az bir hissəni əhatə edir.
2016-2024-cü illərdə Cəmiyyət tərəfindən verilmiş ümumi ipoteka kreditlərinin sayı 448 ədəd (dövlət büdcəsindən, yığımlardan və digər mənbələrdən ayırmalar hesabına) olub.Bbu rəqəmin azlığına münasibətdə qurumun faiz gəlirləri üzrə daxil olan vəsaitlərinin yeni kreditlərin maliyyələşməsinə yönəldilməsi baxımından kifayət deyil. Yəni mövcud vəziyyət Muxtar Respublikada əhalinin ipoteka kreditləri hesabına mənzilə olan tələbatının qurumun daxili resursları hesabına lazımi səviyyədə qarşılanmasını məhdudlaşdırır.
Naxçıvanda hüquqi və elektron bazanın olmaması ipoteka kreditlərinin verilməsində bir çox çətinliklər yaradır. Elektron sistem olmadığından vətəndaşlar tərəfindən həm müvəkkil banklara, həm də İpoteka Fonduna çoxsaylı (təqribən illik 450 müraciətdən çox) müraciətlər olunur və müraciət edən vətəndaşa müvafiq sıranın çatması uzun müddət tələb edir.