BAKI, 21 iyul. TELEQRAF
“Azərişıq” ASC H.Z.Tağıyev qəsəbəsində 35 kV-luq kabel xətlərinin köçürülməsi və yenilərinin çəkilməsi işlərini həyata keçirəcək.
Teleqraf xəbər verir ki, qurum bunun üçün 20 milyon 172 min 901 manat xərcləməyi planlaşdırır.
Müvafiq işlər üzrə tender elan edilib və qurum podratçı axtarışındadır.
Qeyd edək ki, təkliflərin təqdim olunması üçün son tarix sentyabrın 3-ü dür.
Tenderdə iştirak etmək istəyən təşkilatlar üçün iştirak haqqı 3026 manat müəyyən edilib.