BAKI, 14 iyul. TELEQRAF
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən vergi ödəyicilərinin daşınar və daşınmaz əmlakları hərraca qoyulacaq.
Teleqraf xəbər verir ki, hərracda 11-i avadanlıq, 4-ü torpaq sahəsi, 2-si nəqliyyat vasitəsi, biri əmlak kompleksi olmaqla toplam 18 əmlak satışa çıxarılacaq.
Sözügedən əmlakların ilkin satış qiymətləri isə 1 600 manatdan 280 min manata qədər dəyişir.
Qeyd edək ki, hərrac iyunun 31-i saat 11:00-da baş tutacaq və iştirak üçün daşınar əmlaklar üzrə əvvəcədən 10 faiz, daşınmaz əmlaklar üzrə isə 5 faiz beh tələb olunur.