BAKI, 8 iyul. TELEQRAF

Bu ilin yanvar - iyun aylarında Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığorta haqları üzrə ödəmələr 2024-cü ilin eyni dövrünə nisbətən 11,1 faiz artıb və 15 milyon manatdan artıq təşkil edib.

Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artaraq 2,2 milyon manatdan çox olub.