BAKI, 8 iyul. TELEQRAF

Zaqatala İcra Hakimiyyəti şəhərin küçələrinin asfaltlaşdırılmasına 613 min 600 manat vəsait xərcləyəcək.

Teleqraf xəbər verir ki, İcra Hakimiyyəti bununla bağlı müvafiq hazırlıqlara başlayıb və tender elanı edib. İşləri görəcək podratçı axtarılır.

Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi iyulun 29-dur. Zərflərin də həmin gün açılması nəzərdə tutulur.