BAKI, 20 iyun. TELEQRAF

"Biz Azərbaycanın 50-yə yaxın rayon və şəhərində təmsil olunan SME Friends şəbəkəsi vasitəsilə Özbəkistan bizneslərinə biznes tərəfdaşları tapmaqda kömək edə bilərik ki, bu da öz növbəsində ölkələrimizin regionları arasında əməkdaşlığı asanlaşdıracaq".

Teleqraf xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin-AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən III Azərbaycan-Özbəkistan Regionlararası Forumunda bildirib:

"Ağdam Sənaye Parkının ərazisində 5,2 hektar sahədə Tikinti-Təchizat Kompleksinin yaradılması ilə bağlı Özbəkistan-Azərbaycan əməkdaşlığından da söz açıb. Layihəyə start verilib və burada daha çox kiçik və orta biznesə öz məhsullarını təqdim etmək və sonradan satmaq imkanı yaradılacaq".