BAKI, 20 iyun. TELEQRAF

"Azərbaycan istehsalçılarının öz məhsullarını Özbəkistan bazarında təqdim etmələri və təşviq etmələri üçün imkanlar yaradacağıq".

Teleqraf xəbər verir ki, bunu Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov Bakıda keçirilən III Azərbaycan-Özbəkistan Regionlararası Forumunda bildirib.

O qeyd edib ki, Özbəkistan Azərbaycanda əlaqələrini fəal şəkildə inkişaf etdirmək, Azərbaycan biznes nümayəndələrini Özbəkistan iqtisadiyyatının təklif etdiyi imkanlarla tanış etmək üçün ticarət evlərini genişləndirmək niyyətindədir. Nazir Azərbaycan və Özbəkistan arasında 2025 və 2026-cı illər üçün sənaye əməkdaşlığı proqramı hazırlanacağını vurğulayıb.