BAKI, 19 iyun. TELEQRAF

2025-ci ilin yanvar-mart aylarında xarici maliyyə mənbələrindən əsas kapitala birbaşa xarici investisiya qoyuluşu 1 milyard 519 milyon ABŞ dolları təşkil edib.

Teleqraf xəbər verir ki, xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiya ümumi investisiyaların 27.4%-ni təşkil edib.

Rüb ərzində xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin 98.7%-i Birləşmiş Ərəb Əmirlikləri, Birləşmiş Krallıq, Türkiyə, İsveçrə, Rusiya, ABŞ, Yaponiya, İran, Fransa, Macarıstan və Hindistan sərmayədarlarına məxsus olub.

Birləşmiş Krallıq 405,8 milyon ABŞ dolları, Türkiyə 300,9 milyon ABŞ dolları, Cənubi Kipr 181,1 milyon ABŞ dolları, Birləşmiş Ərəb Əmirlikləri 100,3 milyon ABŞ dolları və İran 90,1 milyon ABŞ dolları həcmində sərmayə qoyub.