BAKI, 19 iyun. TELEQRAF
Ötən ilin müvafiq dövrü ilə müqayisədə Naxçıvanda kənd təsərrüfatının ümumi məhsulu 1,7 faiz artıb.
Teleqraf xəbər verir ki, muxtar respublikada cari ilin yanvar-may aylarında 86 milyon 631 min 300 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.
Bunun da 8 milyon 566 min 900 manatı bitkiçilik sahəsinin , 78 milyon 64 min 400 manatı isə heyvandarlıq sahəsinin payına düşüb.