BAKI, 10 iyun.TELEQRAF

Suraxanı rayonu ərazisində orta təzyiqli qaz xətti üzərində ölçü qovşağının quraşdırılması məqsədi ilə sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə Teleqraf-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə "MİDA" yaşayış kompleksində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.