BAKI, 10 iyun. TELEQRAF
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC- nin (ASCO) gəmilərinin iştirakı ilə “Neptun” qazma qurğusu Xəzər dənizinin Türkmənistan sektorundan ölkəmizə gətirilib.
ASCO-dan Teleqraf-a verilən məlumata görə qurğunun yedəklənməsi əməliyyatında “Hövsan”, “Hövsan 2”, “SOCAR 1”, “Andoqa”, “Şüvəlan” və “Mərdəkan” gəmiləri iştirak ediblər.
Qeyd edək ki, 3 gün müddətində davam edən mürəkkəb dəniz əməliyyatı peşəkar heyət tərəfindən tam təhlükəsizlik təmin olunmaqla uğurla tamamlanıb.