BAKI, 29 may. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin "Əsaslı Tikinti İdarəsi" Dövlət Yanğından Mühafizə Xidmətinin 4 çıxışlı Zəngilan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasını təmir etdirəcək.
Teleqraf xəbər verir ki, qurum bunun üçün 3 milyon 317 min 889 manat vəsait xərcləməyi planlaşdırır. Müvafiq işlər üzrə tender elan edilib və təmir işlərini icra edəcək podratçı axtarılır.
Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi iyulun 3-dür. Zərflərin də həmin gün açılması nəzərdə tutulur.