BAKI, 29 may. TELEQRAF

"Azərişıq ASC" Xankəndi şəhərində yeni 35 kV-luq yarımstansiyanın tikintisi və 35 kV-luq iki dövrəli kabel xətlərinin çəkilməsinə 6 milyon 184 min 834 manat vəsait xərcləməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, qurum müvafiq işlərlə bağlı tender elan edib və işləri icra edəcək müvafiq podratçı axtarışındadır.

Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi iyulun 3-dür. Zərflərin də həmin gün açılması nəzərdə tutulur.