BAKI, 22 may. TELEQRAF

“COP29 zamanı elan etmişdik ki, Qarabağ və Şərqi Zəngəzur 100 faiz yaşıl enerji ilə təmin olunacaq".

Teleqraf xəbər verir ki, bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurun bütün ərazilərində yaşıl texnologiyalardan geniş istifadə olunur. Həmçinin, “Azərişıq” ASC-nin Qarabağda yerləşən bütün yarımstansiyalarının dam örtüklərində günəş panelləri quraşdırılıb.

"Artıq bu istiqamətdə ciddi addımlar atılıb. Məsələn, hazırda dayandığımız Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin damında da təxminən 5 kilovat gücündə günəş panelləri mövcuddur”, – deyə A.Məmmədzadə qeyd edib.