BAKI, 21 may. TELEQRAF
Bu ilin ilk dörd ayında tərəvəz ixracında ötən ilin müvafiq dövrqü ilə müqayisədə 5,8% artım qeydə alınıb.
Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a verilən məlumata görə yanvar-aprel aylarında xarici bazarlara 80,416,5 min ABŞ dolları dəyərində 71,466.1 ton tərəvəz məhsulları ixrac edilib.
Qeyd edək ki, ixrac olunan məhsullar arasında pomidor, xiyar, kartof, soğan, sarımsaq, yerkökü və s. üstünlük təşkil edir.