BAKI, 21 may. TELEQRAF
Sabunçu rayonu, Nardaran qəsəbəsində qaz xətlərinin hava kompresor vasitəsilə kipliyə sınaq olunması məqsədi ilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bu barədə Teleqraf-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Abşeron, Piryolu, İstiqlaliyət küçələri və Yeni sahə, Bağlar yaşayış sahələrində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.