BAKI, 19 may. TELEQRAF
Naxçıvan şəhəri ərazisində istilik mərkəzləri yenidən qurulacaq.
Teleqraf xəbər verir ki, Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsi bu barədə açıq tender elan edib.
Şəhər ərazisində istilik mərkəzlərinin modernizasiyası, yenidən qurulması və təmiri (müvafiq avadanlıqların, mal-materialların alınması, quraşdırılması daxil olmaqla) və ərazi daxili xəttlərin çəkilməsi üçün nəzərdə tutulan tenderin ehitmal olunan qiyməti 1 milyon 550 min manatdır.
Təchizatçılar təkliflərini təqdim etmək üçün 600 manat iştirak haqqı ödəməlidirlər. Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi mayın 26-na təyin olunub.
Qeyd edək ki, qurum bu tenderi ikinci dəfə elan edir. Aprelin 18-i elan edilmiş ilk tender üçün təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi mayın 19-u olub, lakin qurum müəyyən edilmiş vaxt ərzində lazımi sayda təklif almadığı üçün prosedur baş tutmayıb.