BAKI, 19 may. TELEQRAF

"Azərişıq" ASC Kəlbəcər rayonunda yeni 110/35 kV-luq 2x25 MVA gücündə "Şəhər" yarımstansiyasının tikintisi və mövcud 110 kV-luq şəbəkə ilə əlaqələndirilməsi işlərinə 27 milyon 173 min 212 manat xərcləyəcək.

Teleqraf xəbər verir ki, qurum nəzərdə tutulan xidmətlərin həyata keçirilməsi üçün tender elan edib və uyğun podratçı axtarışındadır.

Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi iyulun 8-dir. Zərflərin də həmin gün açılması nəzərdə tutulur.