BAKI, 15 may. TELEQRAF

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 13 milyon 296 min 200 manat olub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,9 faiz çoxdur.

Qeyd edək ki, xidmətlərin 47,7 faizi mobil telefon rabitəsi sahəsində formalaşıb.