BAKI, 15 may. TELEQRAF
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının İllik Toplantısı çərçivəsində AYİB-in Müdirlər Şurasının açılış sessiyasında iştirak edib.
Teleqraf xəbər verir ki, bunu nazir sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, tədbirdə qlobal çağırışlar şəraitində iqtisadi resursların effektiv istifadəsi, iqlim fəaliyyətini dəstəkləyən infrastrukturun formalaşdırılması, rəqəmsal transformasiya, müasir biznes həllərinə investisiyalar, sənaye siyasəti və sosial təhlükəsizliklə bağlı qabaqcıl təcrübələr qeyd edildi.