BAKI, 13 may. TELEQRAF
Bu gün Maştağa və Qızıldaş qəsəbələrinin bir hissəsində qaz kəsiləcək.
Bu barədə Teleqraf-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır. Bu məqsədlə bu gün saat 10:00-dan etibarən işlər başa çatanadək Maştağa və Qızıldaş qəsəbələrinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.