
BAKI, 18 aprel. TELEQRAF
Bu ilin birinci rübündə ən çox istehlak kreditləşməsi reallaşdıran bank "Kapital Bank" olub.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosasiyasının 2025-ci ilin birinci rübünün renkinq hesabatında qeyd edilib.
Hesabat dövründə bank fiziki şəxslərə 3 milyard 6,6 milyon manat dəyərində istehlak krediti verib.
Maliyyə qurumunun aktivlərində istehlak kreditləri ilə bağlı dinamika 2,3% təşkil edib.
"Azərbaycan Beynəlxalq Bank"-ın (ABB) istehlak krediti portfeli 1 milyard 868,9 milyon manata çatıb.
Hesabat dövründə “Unibank” 612,7 milyon, “Bank of Baku” 589 milyon, “Bank Respublika” isə 332,7 milyon manat istehlak krediti verib.
Xatırladaq ki, “Kapital Bank” 2024-cü ilin eyni dövründə vətəndaşlara 2 milyard 421,6 milyon manat kredit vermişdi.