BAKI, 18 aprel. TELEQRAF
Bu ilin yanvar-mart ayları üzrə biznes sektoruna ən çox kredit verən bank "Azərbaycan Beynəlxalq Bankı" (ABB ASC) olub. Belə ki, ABB bankı rüb ərzində 3 milyard 147 milyon manatlıq biznes kreditləşməsi reallaşdırıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının 2025-ci ilin birinci rübünün renkinq hesabatında qeyd edilib.
Renkinqin ilk beşliyində "PAŞA Bank" ASC ikinci yeri tutub. Bank rüb ərzində biznes sektoruna 2 milyard 979,1 milyon manat kredit verib. Üçüncü sırada 1 milyard 724,5 milyon manatlıq göstərici ilə "Kapital Bank" ASC qərarlaşıb. Bundan əlavə, "Xalq Bank" ASC 1 milyard 85,5 milyon manatlıq kredit həcmi ilə dördüncü, "Bank Respublika" ASC isə 1 milyard 15,7 milyon manatla beşinci sırada yer alıb.
Adıçəkilən banklar arasında biznes krediti portfelini daha çox "Kapital Bank" artırıb- 3,5%.