BAKI, 14 aprel. TELEQRAF

Rusiyada 2030-cu ilə qədər neft emalı həcmi 2023-cü illə müqayisədə təxminən 3% arta bilər və 2040-cı ilə qədər təxminən 283 milyon tona çata bilər.

Teleqraf xəbər verir ki, bu barədə hökumətin təsdiqlədiyi "Rusiya Federasiyasının 2050-ci ilə qədər olan Enerji Strategiyası"nda qeyd edilib.

Strategiyaya əsasən, 2030-cu ilə qədər neft məhsullarının ixracı 2023-cü illə müqayisədə 3% azalaraq 127 milyon ton olacaq. 2036-cı ildə 124 milyon ton, 2050-ci ildə isə 125 milyon ton təşkil edəcəyi gözlənilir.

Daxili istehlak isə 2030-cu ilə qədər 2023-cü illə müqayisədə 8%-dən çox arta və 156 milyon tona çata bilər (2023-cü ildə bu göstərici 144 milyon ton olub). Bu göstərici 2036-cı ildə 159 milyon ton, 2050-ci ildə isə 158 milyon ton təşkil edəcək.