BAKI, 19 fevral. TELEQRAF
Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan obyektlərin Birləşmiş Müdriyyəti Lənkəran rayonunda 2 ədəd 3 otaqlı və Siyəzən rayonunda 1 ədəd 3 otaqlı fərdi yaşayış evlərinin tikintisi ilə bağlı açıq tender elan edib.
Teleqraf xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 276 min 316 manatdır.
Tenderdə iştirak haqqı 350 manatdır.
Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi martın 3-üdür.