BAKI, 17 fevral. TELEQRAF

Bakıda kirayə nəzərə alınmadan dörd nəfərlik ailənin təxmini aylıq xərcləri 3,344.8 manat təşkil edir.

Teleqraf bu barədə onlayn məlumat bazası “Numbeo”nun hesablamalarına istinadən xəbər verir.

Platformanın məlumatına görə, tək bir şəxsin isə təxmini aylıq xərcləri (kirayə xaric) 932,0 manatdır.

Bakı Nyu-Yorkla müqayisədə (kirayə xaric) 69,7% daha ucuzdur.

Bakıda kirayə qiymətləri, orta hesabla, Nyu-Yorkdakından 89,9% aşağıdır.

Qeyd edək ki, Bakı bazanın Cari Yaşayış Dəyəri İndeksi (kirayə xaric) siyahısında 30.29 indeksi ilə 266-cı sırada yer alıb. Nyu-Yorka (100.0) nisbətdə Bakı ən aşağı indeksli ölkələr arasındadır.