BAKI, 17 fevral. TELEQRAF

2025-ci il üçün Yaşayış Dəyəri İndeksinə (kirayə daxil) əsasən, Nyu-York və San Fransisko dünyanın ən bahalı şəhərləridir.

Teleqraf xəbər verir ki, onlayn məlumat bazası “Numbeo" bu barədə araşdırma aparıb. Məlum olub ki, Nyu-Yorkda şəhər mərkəzində yerləşən bir otaqlı mənzilin kirayəsi də daxil olmaqla, bir nəfərin aylıq xərcləri təxminən 5,639 ABŞ dolları təşkil edə bilər.

Asiyada ən yüksək yaşayış xərclərinə malik şəhər Sinqapurdur. Burada bir nəfərin yaşayış xərcləri ayda təxminən 4,000 dollardır. Bu da Londonda bir aylıq yaşayış xərclərlə müqayisə edilə bilər.

Qlobal miqyasda, Nyu-York və San Fransiskodan sonra siyahıda ilk dördlüyü İsveçrənin Sürix və Cenevrə şəhərləri tamamlayır. Bu şəhərlər kirayə daxil olmaqla yaşayış xərclərinə görə üçüncü və dördüncü yerləri tutur.

Beləliklə, dünyanın 12 böyük şəhərində tək bir nəfərin yaşayış xərcləri isə aşağıdakı kimidir:

Nyu-York

Əhali: 8,1 milyon
Kirayə istisna olmaqla təxmini aylıq yaşayış xərcləri: 1,687.10 dollar
Şəhər mərkəzində bir otaqlı mənzilin kirayəsi: 3,926.65 dollar
Ümumi yaşayış xərcləri: 5,613.75 dollar

San Fransisko, Kaliforniya

Əhali: 788.000
Kirayə istisna olmaqla təxmini aylıq yaşayış xərcləri: 1,556.60 dollar
Şəhər mərkəzində bir otaqlı mənzilin kirayəsi: 3,222.58 dollar
Ümumi yaşayış xərcləri: 4,779.18 dollar

London, Böyük Britaniya

Əhali: 9,7 milyon
Kirayə istisna olmaqla təxmini aylıq yaşayış xərcləri: 1,311 dollar
Şəhər mərkəzində bir otaqlı mənzilin kirayəsi: 2,772.91 dollar
Ümumi yaşayış xərcləri: 4,083.91 dollar

Sinqapur

Əhali: 6,1 milyon
Kirayə istisna olmaqla təxmini aylıq yaşayış xərcləri: 1,131.30 dollar
Şəhər mərkəzində bir otaqlı mənzilin kirayəsi: 2,921.58 dollar
Ümumi yaşayış xərcləri: 4,052.88 dollar

Çikaqo, İllinoys

Əhali: 2,6 milyon
Kirayə istisna olmaqla təxmini aylıq yaşayış xərcləri: 1,287.30 dollar
Şəhər mərkəzində bir otaqlı mənzilin kirayəsi: 2,325.34 dollar
Ümumi yaşayış xərcləri: 3,612.64 dollar

Sidney, Avstraliya

Əhali: 5,2 milyon
Kirayə istisna olmaqla, təxmini aylıq yaşayış xərcləri: 1,116.70 dollar
Şəhər mərkəzində bir otaqlı mənzilin kirayəsi: 2,159.11 dollar
Ümumi yaşayış xərcləri: 3,275.81 dollar

Lissabon, Portuqaliya

Əhali: 3 milyon
Kirayə istisna olmaqla təxmini aylıq yaşayış xərcləri: 781.70 dollar
Şəhər mərkəzində bir otaqlı mənzilin kirayəsi: 1,481.93 dollar
Ümumi yaşayış xərcləri: 2,263.63 dollar

Tokio, Yaponiya

Əhali: 37,1 milyon
Kirayə istisna olmaqla təxmini aylıq yaşayış xərcləri: 961.80 dollar
Şəhər mərkəzində bir otaqlı mənzilin kirayəsi: 1,113.08 dollar
Ümumi yaşayış xərcləri: 2,074.88 dollar

Seul, Cənubi Koreya

Əhali: 10 milyon
Kirayə istisna olmaqla təxmini aylıq yaşayış xərcləri: 1,073.20 dollar
Şəhər mərkəzində bir otaqlı mənzilin kirayəsi: 822.97 dollar
Ümumi yaşayış xərcləri: 1,896.17 dollar

Şanxay, Çin

Əhali: 29,9 milyon
Kirayə istisna olmaqla təxmini aylıq yaşayış xərcləri: 616.80 dollar
Şəhər mərkəzində bir otaqlı mənzilin kirayəsi: 924.45 dollar
Ümumi yaşayış xərcləri: 1,541.25 dollar

Mumbay, Hindistan

Əhali: 21,7 milyon
Kirayə istisna olmaqla təxmini aylıq yaşayış xərcləri: 406.70 dollar
Şəhər mərkəzində bir otaqlı mənzilin kirayəsi: 650.20 dollar
Ümumi yaşayış xərcləri: 1 056.90 dollar

Cakarta, İndoneziya

Əhali: 11,4 milyon
Kirayə istisna olmaqla təxmini aylıq yaşayış xərcləri: 515.30 dollar
Şəhər mərkəzində bir otaqlı mənzilin kirayəsi: 394.60 dollar
Ümumi yaşayış xərcləri: 909.90 dollar