Bakı,10 fevral. TELEQRAF

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Cəbrayıl rayonunun 1042 ailəlik (ikinci mərhələdə - 407 ailəlik) Şükürbəyli kənd məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş binalarının və digər tikililərin söküntü işlərinin satınalması ilə bağlı tender elan edib.

Teleqraf dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 147 min 138 manatdır.

Müsabiqə martın 4-nə qədər davam edəcək.

Tenderdə iştirak haqqı 250 manatdır.