İnflyasiya ilə mübarizə hələ də davam etməlidir.

Teleqraf.com xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgiyeva Davosda keçirilən Dünya İqtisadi Forumunda (WEF) deyib.

O bildirib ki, bu sahədə mühüm irəliləyişlər əldə edilib, lakin hələ də atılmalı addımlar var.

“İndiyə qədər ilk dəfədir ki, inflyasiya azaldılır, ancaq faiz dərəcələri hələ yüksəkdir".

Georgieva ABŞ-nin məhsuldarlıq sahəsində Avropa İttifaqından (Aİ) xeyli irəlidə olduğunu xatırladıb və məhsuldarlığın artırılması üçün sahibkarlara müxtəlif imkanlar təqdim edilməli olduğunu qeyd edib.

O Aİ-də məhsuldarlığın artırılması üçün kapital bazarlarının və daxili bazarın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.