Portuqaliyalı hücumçu Kriştiano Ronaldunun oğlu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun gənclərdən ibarət komandasının heyətində 5 qol vurub.

Teleqraf.com xəbər verir ki, yanvarın 23-də “Əl-Nəsr” 15 yaşa qədər ölkə çempionatı çərçivəsində “Əl-İttihad”la qarşılaşıb.

Qarşılaşma 5:4 hesabı ilə kiçik Ronaldunun komandasının xeyrinə başa çatıb. Komandasının 5 qolunun hamısını Rondaldunun oğlu vurub.

14 yaşlı futbolçu Əl Nəsrdən əvvəl “Mançester Yunayted”, “Real Madrid” və “Yuventus”un akademiyalarında çıxış edib.