Çinin paytaxtı Pekində keçirilən XXIV Qış Olimpiya Oyunlarında koronavirusa yeni yoluxma halları aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, ötən gün Oyunlara gələn 305 nəfərdən onunun analiz nəticəsi müsbət çıxıb.

Onların 6-sı idmançı və rəsmi şəxslərdir. Yerdə qalanlar isə nümayəndə heyətinin digər üzvləridir.

Qeyd edək ki, Pekin olimpiadasına fevralın 20-də yekun vurulacaq.