BAKI, 9 mart. TELEQRAF
Naxçıvanda sosial şəbəkədə əxlaqsız ifadələr səsləndirən şəxs həbs edilib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda 1996-cı il təvəllüdlü Vüsal Səlimov (ad-soyad şərti verilib – red.) “Tik-tok” sosial şəbəkəsində canlı yayımda ictimai mənəviyyatı təhqir edən əxlaqsız ifadələr səsləndiib və video görüntülər paylaşıb.
Bu səbəbdən onun barəsində qanunvericiliyin tələbinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə dəvət olunub.
Aparılmış araşdırma zamanı Səlimovun “Tik-tok”da ünvansız nalayiq ifadələr səsləndirdiyi, ictimai mənəviyyatı təhqir etdiyi müəyyən edilib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsi ilə iş qaldırılıb.
Şərur Rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilib.