BAKI, 14 yanvar. TELEQRAF
Ötən gün axşam saatlarından başlayan leysan xarakterli yağış paytaxtın bəzi bölgələrində həyatı iflic edib.
Teleqraf-ın xəbərinə görə, Bakının Türkan qəsəbəsində vəziyyət daha acınacaqlıdır. Belə ki, qəsəbənin Dənizkənarı küçəsi, 6 saylı internat məktəbinin ətrafını su basıb. Sakinlər evlərindən çıxa bilmir, avtobus və maşınlar hərəkət etməkdə çətinlik çəkirlər.
Bildirilir ki, yağışdan sonra ərazi həmişə belə subasmaya məruz qalır. Sakinlərin sözlərinə görə, evlər üçün ciddi fəsadlar yaradan bu halın aradan qaldırılması üçün əlaqədar qurumlara müraciət ediblər.
Həmin görüntüləri təqdim edirik: