BAKI, 10 yanvar. TELEQRAF
Paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsi sakinlərindən biri evindən oğurluq edilməsi barədə polisə müraciət edib.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı T.Babayev müəyyən olunaraq saxlanılıb. Ondan əlavə olaraq psixotrop maddə metamfetamin də aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.