BİLƏSUVAR, 5 dekabr. TELEQRAF

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Cənub Bürosu xəbər verir ki, qəza Biləsuvar–Bəhrəmtəpə magistralının rayondan keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı Biləsuvar istiqamətində hərəkətdə olan qoşqulu “KamAZ” markalı yük maşını ilə İmişli istiqamətində hərəkət edən “Mercedes” markalı minik avtomobili toqquşub. Zərbə nəticəsində minik avtomobilində olan şəxslər xəsarət alıb.

Şahidlərin sözlərinə görə, qəzanın yaranmasına minik avtomobilinin qarşıdan gələn “KamAZ”ın hərəkət zolağına daxil olması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.