BİLƏSUVAR, 5 dekabr. TELEQRAF
Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.
Məlumata görə, minik avtomobili yük avtomobilinə çırpılıb. Qəza nəticəsində Cəlilabad rayon sakinləri – 1948-ci il təvəllüdlü Şamil Ataşov, 1958-ci il təvəllüdlü Səmayə Ataşova, 2010-cu il təvəllüdlü Həsən Nuriyev və 1978-ci il təvəllüdlü Kəmalə Ataşova müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.