BAKI, 29 sentyabr. TELEQRAF
Hindistanın Bhamdeli kəndində pələng 38 yaşlı Amol Baban Nannavare adlı kişiyə ölümcül xəsarət yetirib.
Teleqraf xəbər verir ki, hadisə Nannavarenin atasının fermasında baş verib.
O, ferma ərazisində yırtıcının qəfil hücumuna məruz qalıb. Pələng kişini meşəyə sürükləməyə çalışıb. Bütün bunlar Nannavarenin atasının gözü qarşısında baş verib.
O, dərhal həyəcan siqnalı qaldırıb. Qışqırıqlardan qorxan pələng qurbanını atıb qaçıb. Buna baxmayaraq, Nannaveranin həyatını xilas etmək mümkün olmayıb.